Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:06

'AzerGold' Naxçıvanda qızıl axtarır


Qızıl

Fevralın 20-də «AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə «AzerGold» QSC-dan məlumat yayıblar.

Məlumatda bildirilir ki, nümayəndələr Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər.

«Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma qeydə alınıb», - məlumatda vurğulanır.

«AzerGold» QSC 2017-ci ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb. 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.

Xatırlatma

«AzerGold» QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

«AzerGold» QSC yaradıldıqdan sonra digər yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

«AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin son hesabatında bildirilirdi ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində qurum 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG