Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Siyavuş Novruzov: 'Cənab prezident istənilən vaxt əfv edə bilər'


YAP icra katibinin müavini Siyavuş Novruzov
YAP icra katibinin müavini Siyavuş Novruzov

“Həm amnistiya, həm də əfv olacağını mən deyə bilmərəm. Əfvi cənab prezident edir, amnistiyanı isə parlament qəbul edir. Biz ideya, fikir, təşəbbüs irəli sürürük”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində əfv fərmanı gözləntilərini şərh edərkən belə deyib.

Siyavuş Novruzov ehtimal edir ki, təşəbbüs baş tutacaqsa, amnistiya mayda ola bilər. Əfv məsələsinə gəldikdə, S.Novruzov “cənab prezident istənilən vaxt əfv edə bilər”, – deyib.

Buna da bax: Keçmiş amerikalı diplomatlar: Əliyevlə sərt davranın

“Parlamentdə məsələ qaldırdım ki, hamımız cənab prezidentdən xahiş edək ki, o, özü parlamentə belə bir qanun layihəsi təqdim etsin. Burada da söhbət ondan gedir ki, bu Amnistiya aktı digərlərindən fərqlənsin. Fərqlənməsi ilə bağlı iki səbəb göstərmişik. Birinci səbəb Cümhuriyyətin 100 illiyi, ikinci səbəb ümummilli liderin anadan olmasının 95 illiyi ərəfəsidir”.

S.Novruzov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 27-ci ildönümüdür, müstəqillik, ərazi bütövlüyü uğrunda vuruşmuş insanlar sonradan hansı cinayət törətməsinə baxmayaraq amnistiya düşməlidir. Onun fikrincə, yaşı 60-ı keçən qadınlara, himayəsində azyaşlı uşaqlar olanlara amnistiyanın şamil olunması mümkündür.

Buna da bax: WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

S.Novruzov həbsdəki dindarların durumuna da toxunub. Deyib ki, Azərbaycanda dini qruplaşmalara qoşulanlar var, onları çıxmaq şərti ilə dindarlara da amnistiya tətbiq edilə bilər.

YAP təmsilçisi həbsdəki gənc fəallar haqda da nikbin danışıb.

“Öyrədiblər, gəncdir, beynini doldurublar, öz uşaqlarını qaçırıblar xaricdə təhsil aldırırlar, xalqın uşaqlarını tökürlər küçələrə və deyirlər ki, get qanunu poz. O cür gənclər var ki, Əli Kərimlidir, başqalarıdır, beynini doldurub yoldan çıxarıb. Bunlar da özləri bilmədən qanunu pozublar. İndi bunların gələcək həyatı qabaqdadır. Mən hesab edirəm ki, belə gənclərin də azad edilməsi məqsədəuyğun ola bilər”.

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

S.Novruzova görə, Azərbaycanda siyasi yox, siyasiləşdirilmiş məhbuslar var.

Xatırlatma

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkə həbsxanalarında 150 civarında siyasi məhbus var. Onların 10-dan çoxunun jurnalist, bloqqer olduğu deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG