Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:17

Pambıq sahələri daha da genişləndiriləcək


Pambıqçı qadınlar İlham Əliyevdən nə istədi? [Video]
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Pambıqçı qadınlar İlham Əliyevdən nə istədi? [Video]

2018-ci ildə Azərbaycanda 140 min hektar sahədə pambıq əkini planlaşdırılır. Bu, 2017-ci ilin eyni göstəricisindən 3.6 min hektar çoxdur.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Qurumun verdiyi məlumata görə, bu il «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış müqavilələr əsasında 169 pambıqyığan kombayn əldə ediləcək.

2017-ci ildə Azərbaycanda 207.5 min ton pambıq yığılıb. Bu, əvvəlki ilə nisbətən 118.1 min ton çoxdur.

Ötən il məhsuldarlıq 15.2 s/hektar olub. Ancaq bu, 2016-cı ildəkindən 2.1 faiz azdır.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin analoji göstəricisindən 33 min 373 hektar çox idi.

Bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər. Onlar deyirlər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Üstəlik, onlar deyirlər ki, pambıqçılıq ölkədə heyvandarlığa ağır zərbə vurub. Bundan sonra ölkədə ət idxalı artıb.

Habelə, pambıq yığımına büdcə təşkilatlarında çalışanların cəlb edilməsi ilə bağlı iddialar var. Hüquqşünaslar bunu ölkə qanunvericiliyinə zidd sayırlar. Ancaq belə məlumatlara münasibət bildirən yerli icra hakimiyyətləri də deyir ki, heç kim pambıq yığılmasına məcburi cəlb edilmir. Onların bildirməsinə görə, işləyənlərin də haqqı ödənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG