Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:14

'Azərişıq' seçkiyə hazırlıq görür


Baba Rzayev

Bu gün, fevralın 20-si «Azərişıq» Açıq Səhmdar Cəmiyyətində aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı toplantı olub.

Qurumun mətbuat xidməti xəbər verir ki, sədr Baba Rzayev aprelin 11-də elektriklə fasiləsiz təminatdan danışıb. O, seçki dövrünü uğurla başa vurmaqdan ötrü müvafiq əmr imzaladığını bildirib.

«İclasda seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub», - qurumun məlumatında bildirilir.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısının istəyi ilə 6 ay önə çəkilib. Oktyabrda keçirilməli olan prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG