Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:54

Navalny-nin Antikorrupsiya Fondunun rəhbəri saxlanıb


Roman Rubanov

Rusiyanın müxalifət lideri Aleksei Navalny-nin Antikorrupsiya Fondunun direktoru Moskvanın Şeremetyevo aeroportunda saxlanıb.

Navalny-nin həmkarı Leonid Volkov fevralın 9-da Twitter-də yazıb ki, Roman Rubanov gömrük yoxlamasından keçəndən sonra saxlanıb. Rubanov özü daha sonra Danilovskoyedə polis şöbəsinə aparıldığını bildirib.

Volkov deyib ki, Rubanov koordinasiya olunmamış yürüşün təşkilində ittiham olunur.

Yanvarın sonunda Navalny tərəfdarları Rusiyanın bir sıra şəhərlərində “seçici tətilləri” keçiriblər, Mərkəzi Seçki Komissiyasının Navalny-nin prezidentliyə namizədliyinin qeydə alınmamasına etiraz ediblər.

Komissiya Navalny-nin qısamüddətli həbs cəzalarını əsas gətirərək onu seçkiyə buraxmayıb. Amma tərəfdarları ittihamların siyasi motivli olduğunu deyir.

Moskva və Sankt Peterburqdakı etirazlara icazə verilməyib. Prokurorluq moskvalılara xəbərdarlıq etmişdi ki, 28 yanvar aksiyalarında iştirak qanunsuz sayılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG