Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:29

Müsavat başqanının müavini polisə çağırıldığını deyir


Yadigar Sadıqov

Fevralın 19-da Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqovun Lənkəran Şəhər Polis Şöbəsinə çağırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun özü danışıb:

«Polis rəisi çağırmışdı. Məlum oldu ki, Facebook-da yazdığım statuslar diqqət mərkəzindədir. Əsas Heydər Əliyevin heykəlinin təmir olunması, buna dəfələrlə pul xərclənməsi, «Stalinin ölümü» filminin Azərbaycanda qadağan olunması ilə bağlı yazdığım statuslar bunları narahat edib. Söhbət də bu statusların ətrafında getdi. Əsaslandırdım ki, dəfələrlə eyni yerə pul xərclənməsi düz deyil. Lənkəranda kanalizasiya sistemi bərbad vəziyyətdədir. Eyni heykəli, eyni meydanı dəfələrlə təmir etməkdənsə, bu kanalizasiya sisteminə bir çarə qılmaq lazımdır. Polis şöbəsinin rəisi mənə məsləhət gördü ki, birdə belə yazmayım. Mən də bildirdim ki, doğru, düzgün bildiyimi yazdığım üçün işimdən çıxarılmışam və həbs olunmuşam. Bundan keçmək niyyətim yoxdur».

Y.Sadıqovun deməsinə görə, bu söhbətdən sonra sərbəst buraxılıb. Müsavat Partiyasının başqan müavinin bu açıqlamasına hələlik Lənkəran Şəhər Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG