Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Suriyada son bir sutkada 100-dək adam öldürülüb


Quta, 19 fevral, 2018-ci il

Son 24 saat ərzində Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı şərqi Quta regionunda hökumət qüvvələri və müttəfiqlərinin hücumları nəticəsində azı 98 nəfər öldürülüb. Bunu fevralın 19-da müharibə monitorinq qrupu bildirib.

Qutaya hava zərbələri, raket atəşi 470 nəfəri də yaralayıb. Ölənlərin 20 nəfəri isə uşaqlardır. Məlumatı Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.

Suriya ordusu bununla bağlı şərh verməyib. Dəməşq hökuməti yalnız yaraqlıları hədəfə aldığını bildirir.

Üsyançıların əlində olan Qutadakı fraksiyalar isə Dəməşqi top atəşinə tutub, bir uşaq öldürülüb, səkkiz nəfər yaralanıb. Bunu Suriya dövlət mediası bildirib.

BMT şərqi Qutada 400 minədək adamın yaşadığını bildirir. Bu ərazi 2013-cü ildən hökumətin mühasirəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG