Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 11:14

Bu gün, fevralın 19-u Zərdab rayonunun Gəlmə kəndində yeni yem və toxum təmizləmə məntəqəsinin açılışı olub. Məntəqə ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində ərsəyə gəlib.

ABŞ səfirliyinin məlumatına görə, məntəqə Gəlmə sakinlərinə özlərinin mal-qara və quş təsərrüfatlarından ötrü münasib qiymətə yem əldə etməyə imkan yaradacaq.

“Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər. Həmin məntəqə qurulmamışdan öncə toxumları təmizləməkdən ötrü rayon mərkəzinə getməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər”, – məlumatda bildirilir.

Buna da bax: ABŞ məcburi köçkünlərə 125 milyon yardım edib

Yeni məntəqənin Gəlmə kəndində quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 3 minə yaxın sakinin vaxtına, puluna, enerjisinə qənaət etməyə kömək edəcəyi bildirilir.

Layihəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti birgə maliyyələşdirib. Onu Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) icra edib.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 114 birgə icma layihəsi həyata keçirib.

Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla 186 minə yaxın insan faydalana bilir.

Bundan öncə ABŞ-ın dəstəyi ilə Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində eyni məntəqə açılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG