Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:28

Türkiyə: 'Suriya qüvvələri Afrinə girsə…'


Mevlut Cavusoglu
Mevlut Cavusoglu

Türkiyə ordusu Suriyanın şimal-qərbindəki Afrin vilayətinə kürd YPG yaraqlılarını qorumaqdan ötrü girəcək hökumət qüvvələrinin qarşısını kəsəcək. Bu xəbərdarlıqla Türkiyənin xarici işlər naziri çıxış edib

Rejim oranı PKK və PYD-dən təmizləmək üçün girirsə, onda heç bir problem yoxdur”, – Mevlut Cavusoglu deyib. Söhbət Suriya prezidenti Bashar al-Assad ordusundan gedir.

Amma bu qüvvələr YPG-ni müdafiə etməyə gəlirsə, o zaman bizi, yaxud türk əsgərlərini heç nə və heç kəs dayandıra bilməz”, – nazir İordaniya paytaxtı Əmmana səfəri zamanı mətbuat konfransında deyib.

Suriya dövlət mediası bazar ertəsi yazıb ki, hökumət qüvvələri bir neçə saata Afrin regionuna girəcək. Türk qüvvələrini geri oturtmaqdan ötrü kürdlərlə anlaşma əldə olunduğu xəbər verilir.

Ötən ay Türkiyə Afrində Suriya kürdlərinin YPG qruplaşmasına qarşı əməliyyat başladıb. Türkiyə YPG-ni terror qruplaşması, PKK-nın bir qanadı hesab edir.

“Reuters” informasiya agentliyi Suriyanın Ikhbariya dövlət televiziya kanalına istinadla yazıb ki, hökumət qüvvələri tezliklə Afrinə girəcək.

Xalq qüvvələri bir neçə saata Afrinə daxil olacaq”, – Ikhbariya öz müxbirinə istinadla xəbər yayıb.

Aparıcı kürd rəsmisinin bazar günü bildirməsinə görə, kürd qüvvələrlə Dəməşq Suriya ordusunun Türkiyənin əməliyyatını önləməkdən ötrü Afrinə girməsiylə bağlı razılaşma əldə ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG