Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 00:55

İranda təyyarənin qəzaya uğradığı məkan tapılıb

Hadisə yeri, xəritə
Hadisə yeri, xəritə

İranda xilasedicilər təyyarənin qəzaya düşdüyü yerə çatıblar, İranın Press TV-si fevralın 19-da bu haqda yazıb.

Rəsmilər təyyarədəki 65 nəfərin həlak olduğunu bildirir.

Dövlət televiziyasının məlumatına görə, vertolyotlar indi təyyarənin axtarışına qoşula biləcəklər. Fevralın 18-də pis hava şəraiti axtarış cəhdlərini əngəlləmişdi.

Press TV xilasedicilərin fevralın 19-da səhər qəza yerinə yetişdiyini xəbərləyib.

ATR-72 təyyarəsi fevralın 18-də səhər Tehrandan çıxıb, Yəsuc şəhərinə doğru yol alıb. Təyyarə 25 il idi istismar olunurdu.

This item is part of
XS
SM
MD
LG