Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:15

Facebook reklam alıcılarına açıqca göndərəcək


Facebook və Instagram reklamlarından bəziləri
Facebook və Instagram reklamlarından bəziləri

Facebook sosial şəbəkəsi bildirir ki, gələcəkdə ABŞ-da seçkilərə xarici müdaxiləni önləmək məqsədiylə alıcılara poçtla açıqca göndərəcək.

Sosial şəbəkə rəsmisi Katie Harbath fevralın 17-də bildirib ki, şirkət siyasi reklamların potensial alıcılarının Birləşmiş Ştatlarda yaşaqıdlarını təsdiqlətmək üçün onlara açıqca göndərəcək.

Bu açıqlamadan bir gün öncə xüsusi müşavir Robert Mueller 13 rusiyalıya 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə ittihamı irəli sürüb.

İttihamnaməyə görə, rusiyalı agentlər amerikalılardan sosial təhlükəsizlik nömrələrini və digər informasiyanı oğurlayıb, reklam almaqdan ötrü bank və digər onlayn ödəniş hesabları yaradıblar.

ABŞ konqresmenləri ötən noyabrda bir sıra Facebook reklamları açıqlayıb, Rusiyanın onlar vasitəsilə prezident seçkisinə müdaxiləyə cəhd göstərdiyini bildiriblər.

Ancaq Facebook açıqca metodunun xarici agentlərin yerli meyl ünvanı açmasını, Birləşmiş Ştatlarda adamları işə götürməsini necə əngəlləyəcəyini açıqlamayıb.

Şirkət daha öncə bildirmişdi ki, təhlükəsizliklə məşğul olan işçilərinin sayı 20 minə çatdırılacaq, reklam kontentinə nəzarətə daha 1000 nəfər cəlb olunacaq.

XS
SM
MD
LG