Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Floridadakı atışmadan sağ çıxmış şagirdlər yürüş keçirəcək


Məktəbdəki atışmadan sonra
Məktəbdəki atışmadan sonra

Floridada məktəbdə atışmadan sağ çıxmış şagirdlər Vaşinqton DC-də yürüş planlaşdırırlar. Məqsəd silahlara nəzarət qanunlarının sərtləşdirilməsidir.

“Həyatımız uğrunda Yürüş” adıyla tədbir martın 24-nə planlaşdırılır. Məqsəd siyasətçiləri “utandıraraq”, sonucda onların odlu silahları əldə etməyi çətinləşdirəcək qanunlar qəbul etməsidir. Bunu fevralın 18-də təşkilatçılar bildirib.

Fevralın 14-də Floridada məktəbdəki atışmada 14 nəfər öldürülüb. Şagirdlər bu hadisənin ölkədə silahlara nəzarətlə bağlı müzakirələrdə “dönüş nöqtəsi” olacağına ümid etdiklərini deyirlər.

Polisin məlumatına görə, hadisəni 19 yaşlı keçmiş tələbə qanuni şəkildə əldə etdiyi AR-15 yarıavtomat tüfəngiylə törədib.

Hər il ABŞ-da silahla törədilmiş insidentlərdə 30 mindən çox adam ölür.

XS
SM
MD
LG