Fevralın 19-da Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Gecə yarımadanın bəzi ərazilərində yağışın sulu qara çevriləcəyi ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Aran rayonlarında da yağış, başqa rayonlarda isə qar yağacağı vurğulanır.
Gecə 3 dərəcə şaxtadan 5 dərəcəcyə kimi isti, gündüz 5-10 dərəcəc isti gözlənir.