Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 08:31

Prokuror deputat oğluna görə məhkum edilən jurnalistin həbsini istəyir


Bakı ağır cinayətlər məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsi “BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlu haqqında hökm çıxararkən, ona şərti cəza verib.

Prokuror “BakuPost” saytının baş redaktoru Elçin Zahiroğluya verilən məhkəmə hökmünə etiraz edir. Sözügedən şəxs deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında saxlanılıb.

H.Axundovu onun şəxsi həyatına aid məlumatları yaymaqla təhdid edib, ondan pul istəməkdə günahlandırılan sayt rəhbəri CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi E.Zahiroğlu haqqında hökm çıxararkən, bu şəxsə həmin məcəllənin başqa – 70-ci (şərti məhkumluq) maddəsini tətbiq edərək, ona şərti cəza verib.

Buna da bax: 'Prezidentə müraciət edəndə niyə Elmira Axundovadan icazə almalıyıq?'

Hökmlə razılaşmayan prokuror cəzanın ağırlaşdırılmasından ötrü apellyasiya protesti verib. Baş redaktorun özü də hökmdən apellyasiya şikayəti verib. O, ittihamda yazılanlarla razılaşmır və haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyir.

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası keçirilib.

Buna da bax: Deputat oğlunun məhkəməsində telefon söhbəti

E.Zahiroğlu ötən ilin iyulunda H. Axundovun şikayəti əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və bir neçə gün sonra buraxılıb. O, ibtidai istintaq və məhkəmə dövründə ev dustaqlığında olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG