Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 21:18

Elmar Məmmədyarov Münhendə çıxış edib


E.Məmmədyarov

Bu gün, fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Konfransda Azərbaycandan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, E.Məmmədyarov konfransda enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masaya qatılıb.

E.Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edib. O, Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub Qaz Dəhlizi» və onun tərkibi olan TANAP (Trans-Anadolu Qaz Kəməri) və TAP (Trans-Adriatik Qaz Kəməri) layihələrinin strateji əhəmiyyətini vurğulayıb.

Nazir deyib ki, TANAP layihəsi bu il fəaliyyətə başlamalıdır, TAP layihəsi üzrə də işlər davam edir.

Xatırlatma

Xarici işlər naziri E.Məmmədyarov fevralın 14-də Almaniyaya səfər edib.

E.Məmmədyarovun səfəri Münhen Təhlükəsizlik Konfransında iştirak məqsədi daşıyır.

Konfrans fevralın 16-da başlayıb 18-də başa çatmalıdır.

Münhen Təhlükəsizlik Konfransına, bir qayda olaraq, dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatların təmsilçiləri də qatılırlar.

XS
SM
MD
LG