Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:56

Türkiyədə həbsə olan almaniyalı jurnalist azadlığa çıxdı


Deniz Yücel

Türkiyədə həbsə olan türk əsilli almaniyalı jurnalist Deniz Yücel azadlığa çıxdı.

Bu barədə fevralın 16-da Almaniyanın “ Die Welt” qəzeti onun vəkilinə istinadla məlumat yayıb.

Reutersin məlumatına görə xəbəri Almaniyanın xarici işlər nazirliyi də təsdiqləyib.

Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 2017-ci il fevralın 14-dəİstanbulda saxlanmışdı.

O ,terrorçuluğu təbliğ etmə və zorakılığı qızışdırmaqda şübhəli bilinirdi.

Yurnalist ittihamları rədd edir.

Onun həbsi Almaniya hakimiyyətinin kəskin etirazına səəb olmuşdu. Almaniya kansleri Angela Merkel Ankaranı onu azad etməyə və mətbuat azadlığına hörmətlə yanaşmağa çağırmışdı.

Hüquq müdafiəçiləri jurnalistin həbsinin siyasi motivli olduğunu deyirlər.

XS
SM
MD
LG