Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Bakı ATƏT-i seçkilərə dəvət edib


ATƏT müşahidəçiləri

Avropa Birliyi (AB) Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təcrübəsinə və standartlarına əsaslanacaq.

«Turan» agentliyinin xəbərinə görə, bunu AB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas jurnalistlərə bildirib.

AB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan seçkiləri müşahidə etməyə beynəlxalq təşkilatları dəvət edib.

«Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara dəvətnamələr göndərib. AB həmişə ATƏT-in təcrübəsinə əsaslanır. Bilirəm ki, ATƏT-də DTİHB-yə dəvətnamə artıq daxil olub və hazırda ona baxılır. Onlar bütün detalları qiymətləndirməlidirlər», - deyə Yankauskas qeyd edib.

Azərbaycanda keçirilən son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyirdilər.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 5 nəfərin namizədliyi təsdiq edilib. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İ.Əliyev, Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, namizədliyini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Orucdur.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG