Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 08:39

Ukrayna Krımda qalan gəmilərini istəyir


Foto arxiv

Kiyev deyir ki, Rusiya 2014-cü ildə Krımda qalan Ukrayna gəmilərini təmir edib geri qaytarmalıdır.

Belə bir bəyanatla fevralın 15-də Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədr müavini Mikhail Koval çıxış edib.

O , bunu dövlətə xəyanətdə ittiham olunan keçmiş Ukrayna prezidenti Viktor Yanukovyc-in işi ilə bağlı məhkəmədə deyib.

Koval qeyd edib ki, Beynəlxalq Haaqa məhkəməsi deyilən bir anlayış var.

“Rusiya dəniz qulduru kimi bu gəmiləri zəbt edib və buna görə Haaqa məhkəməsi qarşısında cavab verməlidir. “Konstantin Olshansk” desant gəmisini dəfələrlə Rusiya bayrağı altında Aralıq dənizinə çıxarıblar. Gəmini həddən artıq işlədiblər. Digər gəmilərimizdən də donor kimi istifadə ediblər.İndi qulağımızı sallayaraq onların qarşısında diz çöküb gəmiləri götürməliyik ? Yox!” Koval deyib.

O deyib ki, Rusiya bu gəmələri məhkəmə yolu ilə qaytaracaq, özü də təmir etdikdən sonra.

Rusiya 2014-cü ildə Krımı Ukraynadan ilhaq edib.

Beynəlxalq aləm bunu qəbul etmir və Krım, habelə Ukraynanın şərinqdəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG