Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək.

«Cənub Qaz Dəhlizi»nə (CQD) birləşdiriləcək İonik-Adriatik Kəmərinin (İAP) layihələndirilməsi məqsədilə yeni şirkətin təsis olunması barədə razılıq əldə olunub.

Bu barədə SOCAR-ın fevralın 16-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın «Albgaz» şirkəti, habelə bu ölkənin, Monteneqronun və Xorvatiyanın qazpaylayıcı şirkətləri arasında CQD-yə birləşdiriləcək yeni kəmərlərin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb.

Məlumatda o da vurğulanır ki, CQD-dən təbii qazın Albaniya ərazisində paylanmasından ötrü planlaşdırılan yeni kəmərin İlkin Detallı Layihələndirilməsini «SOCAR Balkan» şirkəti həyata keçirməlidir. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək.

2014-cü ildə Azərbaycan və Albaniya arasında Hökumətlərarası Anlaşma Memorandumu imzalanıb. Albaniyanın qazlaşdırılması üzrə Əsas Planın işlənməsinə start verilib.

Məlumata görə, ikinci imzalanan niyyət məktubu İonik-Adriatik Kəmərinin (İAP) layihələndirilməsindən ötrü yeni bir şirkətin təsis edilməsi ilə bağlıdır.

Xatırlatma

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bu ilin sonlarında bu layihə çərçivəsində Azərbaycan qazının Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəqli gözlənir.

TANAP (Trans-Anadolu Qaz Kəməri) və TAP (Trans-Adriatik Qaz Kəməri) onun əsas tərkib hissələridir.

Dünən, fevralın 15-də Bakıda «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG