Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Mitinqlə bağlı şikayət təmin olunmayıb


Samirə Ağayeva

Apellyasiya Məhkəməsinin də praktik hüquqşünasların Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı iddiası üzrə rədd qərarı verdiyi bildirilir.

Bu haqda «Turan» agentliyinə iddiaçılardan hüquqşünas Samirə Ağayeva məlumat verib.

Keçən il noyabrın 18-də hüquqşünaslar Bakıda mitinq keçirmək istəsə də, şəhər rəhbərliyi aksiyanın keçirilməsinə icazə verməmişdi.

Hüquqşünaslar əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, BŞİH-in qərarının qanunsuz sayılmasını istəmişdi. Ancaq məhkəmə iddianı mümkünsüz saymışdı. Məhkəmə qərarında deyilirdi ki, BŞİH-ə müraciət edən üç təşkilatçıdan biri sənədə imza atmayıb.

S.Ağayevanın deməsinə görə, bu gün, fevralın 15-də olan məhkəmədə BŞİH-in nümayəndəsi də iştirak edib. Hüquqşünaslar ondan xahiş ediblər ki, BŞİH-ə göndərilmiş müraciəti məhkəməyə təqdim etsin.

S.Ağayevanın bildirməsinə görə, məhkəmə müraciəti hər üç təşkilatçının imzalamasına əmin olsa da, apellyasiya şikayətini təmin etməyib.

Mübahisə üzrə hüquqi prosedurlar davam etdiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətini hüquqşünaslar Xalid Bağırov, Namizəd SəfərovSamirə Ağayeva məhkəməyə verib.

Xatırlatma

Praktik Hüquqşünaslar Qrupu (PHQ) ötən ol vəkilliklə bağlı qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq mitinq keçirmək istəyirdi. Söhbət nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qoyulan qadağadan gedir.

Hüquqşünaslar mitinq istəkləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq paytaxt rəhbərliyi noyabrın 15-də onlara razılıq verməyib. Hüquqşünasların bildirməsinə görə, BŞİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov yazıb ki, həmin dəyişiklikləri artıq ölkə başçısı imzalayıb, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG