Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 21:46

Sürüşmə zonası ilə bağlı aralıq hesabat hazırlanıb


Bayılda sürüşmə zonasından son görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Bayılda sürüşmə zonasından son görüntülər

«Bayıl yamacındakı sürüşmə ilə bağlı aralıq hesabat hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Onun deməsinə görə, aralıq hesabat 2018-ci ilin yanvar ayından fevral ayının 13-nə qədərki dövrü əhatə edir:

«Hesabata bəhs edilən dövrdə ekspedisiyanın gördüyü işlər, bərkitmə, topoqrafik işləmələr və quyuqazmalar barədə məlumatlar daxil edilib. Öz növbəsində rəy almaq üçün Nazirlər Kabineti bu hesabatı müvafiq qurumlara göndərə bilər. Amma dediyim kimi, istənilən halda bu, tam hesabat deyil».

Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.

«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandığı deyilir.

Ərazidən əvvəlcə 100-dən çox ailə çıxarılıb. Onlardan getməyə yerləri olmayanlar Səbail rayonundakı məktəblərə yerləşdirilib. Fevralın 10-da da ərazidən ailələrin köçürülməsi davam edib.

Buna qədər sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.

2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG