Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 00:19

Baş Prokurorluqda seçkiyə görə İşçi Qrup yaradılıb


Rüstəm Usubov

«Hər seçkidə olduğu kimi, qarşıdakı prezident seçkiləri ilə əlaqədar da Baş Prokurorluqda İşçi Qrup yaradılıb. Baş prokuror bu barədə sərəncam imzalayıb».

APA-nın məlumatına görə, bunu bu gün, fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrlərinə təşkil etdiyi seminar-müşavirədə «Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri» mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

R.Usubov deyib ki, İşçi Qrup seçki ilə bağlı şikayətlərə baxacaq: «Qrupa mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək».

Müşavirədə bildirilib ki, son prezident seçkisində (2013-cü il) apellyasiya məhkəmələrinə 24 şikayət olub. Ancaq şikayətin detalları və çıxarılan qərarlarla bağlı məlumat verilməyib.

2013-cü ildə keçirilən prezident seçkisində İlham Əliyev üçüncü dəfə prezident seçilib. Namizədlərdən biri- Milli Şura sədri Cəmil Həsənli həmin seçkilərin nəticələrini tanımayıb.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 5 nəfərin namizədliyi təsdiq edilib. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İ.Əliyev, Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, namizədliyini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Orucdur.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG