Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 19:59

DSK sədrlərinə seminar keçirilir


Zeynal Nağdəliyev

«Azərbaycanda seçkilər keçirilən zaman işin daha keyfiyyətli olmasına çalışırıq».

Report-un xəbərinə görə, bunu bu gün, fevralın 15-də dairə seçki komissiyalarının (DSK) sədrlərinə təşkil edilən seminar-müşavirədə Azərbaycan prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.

O vurğulayıb ki, seçkilərin keçirilməsində prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır:

«Prezident icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub. Əvvəllər seçkilər keçirilərkən hansısa məntəqədə səsvermənin nəticələri ləğv olunurdu, müəyyən problemlər yaranırdı. Artıq bunlar keçmişdə qalıb. Seçkilərin keçirilməsi üçün əsas rol oynayan məsələ siyasi sabitlikdir. Sabitliyin əsasını xalq və xalq-iqtidar birliyi şərtləndirir. Azərbaycanda mühit dəyişib, artıq 15 il öncəki mühit deyil. Artıq inkişaf var».

Z.Nağdəliyev bildirib ki, seçki prosesində qanunvericiliyə əməl olunmalıdır, saxtakarlığa yol verilməməlidir. Onun deməsinə görə, seçki şəraitinin şəffaf keçirilməsi nəzarətdədir.

Həssas proses

«Seçki prosesi həssas prosesdir. Seçki də yeniliklərə məruz qalır, bu da təbiidir. Dünyada mürəkkəb proseslər baş verir. Hər şey stabil deyil. Bu, seçki prosesinə də təsir edir».

Bunu isə tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. O bildirib ki, Azərbaycanda uzun illərdir, stabillik mövcuddur:

«Ölkədə əmin-amanlıq var. Bu, seçkiyə də öz təsirini göstərir. Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin».

F.Abdullayev qeyd edib ki, seçki dövlətin imicinə təsir göstərir:

«Bu baxımdan Azərbaycan dövləti də bu prosesə böyük önəm verir. Ölkədə seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsi üçün əsas yaradır».

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 5 nəfərin namizədliyi təsdiq edilib. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İ.Əliyev, Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, namizədliyini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Orucdur.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG