Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:57

Sənayedə 1.5 faiz artım


Dövlət Statistika Komitəsi

2018-ci ilin yanvar ayında ölkədə 3.9 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

DSK bildirir ki, 2017-ci ilin eyni ayı ilə müqayisədə sənaye məhsulu istehsalı 1.5 faiz artıb.

"Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8.7 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb", – məlumatda vurğulanır.

Sənaye məhsulunun 75.9 faizi mədənçıxarma, 19.1 faizi emal, 4.5 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun payına düşür. 0.5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG