Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:56

BOK rəhbəri rusiyalı atletlərə baş çəkib


Thomas Bach, arxiv fotosu

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Thomas Bach Pxençxandakı olimpiya kəndində rusiyalı atletlərlə ikinci dəfə görüşüb. Bunu BOK-un sözçüsü Mark Adams bildirib.

Bach görüşü fevralın 15-də keçirib və hər hansı problemin olub-olmadığını öyrənməkdən ötrü atletlərlə görüşü vacib sayıb, sözçü belə deyib. Onun sözlərincə, BOK-un Rusiya Olimpiya Komitəsinə qadağasının qaldırılmasının mümkünlüyü götür-qoy edilib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dekabrda Rusiyanın Qış Olimpiadasında iştirakını qadağan edib, buna əsas kimi 2014-cü il Soçi oyunlarında Rusiya dövlətinin Olimpiya dopinq sistemiylə “misli görünməmiş həddə sistematik manipulyasiyası” göstərilib.

Rusiya ittihamları rədd edir.

Amma BOK Rusiyadan 169 atleti oyunlara buraxıb.

XS
SM
MD
LG