Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:20

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya səfər edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, E.Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfrans fevralın 16-da başlayıb 18-də başa çatmalıdır.

Səfər çərçivəsində nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən fəaliyyətdədir. Qurum hər il keçirilən konfransında dünyada təhlükəsizlik məsələlərini müzakirə edir.

Konfransda beynəlxalq təhlükəsizlik, terrorla mübarizə, Suriyadakı son vəziyyət, miqrant problemi, Rusiya ilə əlaqələr, Ukraynada vəziyyət, NATO və kibertəhlükəsizlik kimi məsələlərin müzakirəsi gözlənir.

Münhen Təhlükəsizlik Konfransına, bir qayda olaraq, dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatların təmsilçiləri də qatılırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG