Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 08:22

Putin Krımın ilhaqına “şəxsən təşəbbüs göstərib”


Ukrayna, arxiv fotosu

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynanın Krım regionunun ilhaq etməyə şəxsən təşəbbüs göstərib. Bunu Rusiyanın keçmiş deputatı Kiyev məhkəməsində deyib.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in məhkəməsində fevralın 14-də çıxış edən Ilya Ponomaryov deyib ki, Putin-in fevralın 22-nə keçən gecə Krımın ilhaqına doğru addım atdığını “dəqiq bilir”.

Həmin tarixdə rusiyapərəst Yanukovych Ukraynadan Rusiyaya qaçıb. O vaxt Ukraynada Avromaydan, yaxud Maydan adlı avropapərəst etirazlar gedirdi.

Ponomaryov-un sözlərinə görə, Rusiya rəsmilərinin çoxu 2014-cü ilin martında Krımın ilhaqına qarşı idi, amma Putin ideyanı dəstəkləmələri üçün onlara təzyiq göstərib.

Ponomaryov Dövlət Dumasının Krımın ilhaqının əleyhinə səs verən yeganə üzvüdür və 2015-ci ildən Ukrayna paytaxtında yaşayır.

Ukrayna prokurorları Yanukovych-ə ömürlük cəza verilməsini tələb edirlər. O, vətənə xəyanətdə, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG