Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 14:41

AB Belarusa silah qadağasını uzadıb


Alyaksandr Lukashenka, arxiv fotosu

Avropa Birliyi diplomatları qurumun Belarusa silah embarqosunu daha bir il uzatmağa qərar veriblər, kiçik kalibrli idman silahları istisna sayılıb.

Fevralın 14-də çıxarılmış qərardan sonra AB diplomatları gərəkən hüquqi sənədləri hazırlayacaqlar. Fevralın 28-də embarqonun vaxtı bitdiyindən uzadılmalıdır.

Adının çəkilməsini istəməyən rəsmilər AzadlıqRadiosuna deyiblər ki, kiçik kalibrli idman silahlarının istisna sayılmasını Macarıstan və Slovakiya istəyiblər. Ötən il biatlon tüfəngləri embarqodan azad edilmişdi.

2010-cu ilin dekabrında prezident seçkisindən sonra nümayişçilərə amansız divan tutan prezident Alyaksandr Lukashenka-ya bir sıra sanksiyalar qoyulub. Buraya silah embarqosu, viza qadağaları, Belarusun dörd şirkətinin və Lukashenka da daxil 174 nəfərin hesablarının dondurulması daxildir.

AB 2016-cı ilin fevralında şirkətlərə və Lukashenka daxil 170 nəfərə sanksiyanı qaldırdı, bu ölkədə insan haqları sahəsində yaxşılaşma olduğunu bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG