Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:36

Trump kosmik əməliyyatları özəlləşdirməyə çağırır


Fevralın 6-da SpaceX Falcon Heavy raketini sınaqdan keçirdi

ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların Beynəlxalq Kosmik Stansiyadakı əməliyyatlarını özəl şirkətlərə verməyi təklif edir. Hazırda stansiya ABŞ və Rusiya hökumətləri tərəfindən birgə idarə olunur.

Trump fevralın 12-də 2019-cu il üçün təklif etdiyi büdcədə 2025-ci ilədək NASA-nın kosmik stansiyaya maliyyəsini dayandırmağı irəli sürür. Stansiyanın özəl şirkətlər tərəfindən işlənməsini həvəsləndirməyə büdcədən yalnız 150 milyon nəzərdə tutulacaq.

Açıq fəzanın insan tərəfindən tədqiqinə zəmin yaradırıq və Ay bundan ötrü plasdarmdır”, – NASA-da maliyyə rəsmisinin vəzifəsini icra edən Andrew Hunter deyib.

Amma Birləşmiş Ştatların aparıcı konqresmenləri və fəza ekspertləri plandan narahatlıq dilə gətiriblər. 1986-cı ildə kosmosda olmuş senator Bill Nelson deyib ki, “işıqları söndürərək fəzadakı yeganə postumuzdan çıxmağın” heç bir mənası yoxdur.

Elon Musk-un SpaceX və Jeff Bezos-un Blue Origin şirkətlərinin daxil olduğu “Commercial Spaceflight Federation” təklifə açıq olduğunu bildirib, amma onu da qeyd edib ki, stansiyanın maliyyəsinin 2028-ci ildən öncə kəsilməsi özəl sektora keçid üçün “yetərincə vaxt saxlamayacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG