Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:44

FSB Krımda ukraynalını saxlayıb


Ukraynada FSB əleyhinə etiraz aksiyası, arxiv fotosu

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, Moskvanın nəzarətində olan Krımda bir ukraynalı casusluq ittihamıyla saxlanıb.

FSB fevralın 12-də yaydığı bəyanatda Kostyantyn Davydenko-nun bir gün öncə saxlandığını bildirib.

Bəyanata görə, Davydenko FSB və Rusiya Milli Qvardiyasına aid məxfi informasiyanı qanunsuz toplamaqda şübhəli bilinir. Onun həmin informasiyanı Ukrayna hakimiyyətinə ötürməyi planlaşdırdığı iddia olunur.

İnsan haqları fəallarının bildirməsinə görə, Rusiya Ukraynanın Krım regionunu 2014-cü ilin martında ilhaq edəndən xeyli sayda ukraynalını qondarma, siyasi motivli ittihamlarla saxlayıb.

Avropa Parlamenti 2017-ci ilin martında Rusiyanı 30-dan çox Ukrayna vətəndaşını azadlığa buraxmağa çağırırdı. Onlar Rusiyada, Krımda, yaxud Ukraynanın şərq hissəsində ya həbsdədir, ya da azadlığı məhdudlaşdırılıb.

Siyahıda kinorejissor Oleh Sentsov, reportyor Roman Sushchenko, Krım tatar azlığının bir neçə lideri var.

XS
SM
MD
LG