Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:02

Qızıl hasilatçısı kredit götürür


Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Qızıl mədənlərində Əliyevlərin payı

Azərbaycanın qızıl hasilatçısı – «Anglo-Asian Mining Plc.» (Böyük Britaniya) şirkətinin törəməsi olan «Azerbaijan International Mining Company Ltd.» kredit götürür.

Şirkətin məlumatına görə, artıq «Paşa Bank» ilə sindikatlaşmaya daxil olunub. Sindikatlaşdırılmış kredit (syndicated credit) – birdən çox maliyyə təşkilatının toplaşaraq eyni bir iqtisadi subyektə eyni şərtlərlə verdiyi kreditdir.

Təşkilatçısı «Paşa Bank» olan sindikatlaşma 15 milyon dollarlıq ikiillik kredit ayrılmasını nəzərdə tutur. Kredit illik 7 faiz dərəcəsi ilə nəzərdə tutulur.

Həmin məbləğin «Azerbaijan International Mining Company Ltd.» şirkətinin, əsasən, xarici banklara olan kredit borclarının ödənilməsinə yönəldiləcəyi bildirilir. Bunun, 13 milyon 470 mln. dollarının «Amsterdam Trade Bank», «Gazprombank (Switzerland)», «Yapı Kredi Bank»a və «Anglo-Asian»ın baş icraçı direktoru Reza Vaziriyə ödənilməsinə istifadə olunacağı qeyd edilir.

Nəticədə şirkətin əsas borc ödənişinin 5.1 mln. dollara qədər azalacağı bildirilir.

«Anglo-Asian Mining Plc.» (Böyük Britaniya) şirkətinin bu il yanvarın 16-da açıqladığı hesabatda bildirilirdi ki, qızıl hasilatçısının xalis borcu 18 milyon dollardan artıqdır. O vaxt hesabatda yazılırdı ki, «Anglo-Asian Mining Plc.»nin xarici banklardan əlavə, yerli banklara da borcu var.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş hasilatı ilə bağlı 1997-ci il avqustun 21-də PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə imzalanıb.

Bu müqavilə altı yatağın - Naxçıvanda bir, Gədəbəydə iki, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda üç yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG