Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 21:42

Elman Rüstəmov MB-nın hədəflərindən danışıb


Elman Rüstəmov

«Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1.7001 manat səviyyəsində qalması Mərkəzi Bankın «üzən məzənnə» rejimindən imtina etməsi demək deyil».

Bu gün, fevralın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov belə deyib. O vurğulayıb ki, AMB valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir:

«Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində «üzən məzənnə» rejiminin tərkib hissəsi olan «aralıq rejim» tətbiq edilir».

E.Rüstəmovun deməsinə görə, tənzimləyici qurum az volatilli (bahalaşan) sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub.

Xatırlatma

AMB-nin valyuta hərraclarında ötən ilin dekabrın 13-dən 1 dollar 1.7001 manata bərabərdir.

Bəzi təhlilçilər bunu manatın məzənnəsinin inzibati tənzimlənməsi ilə əlaqələndirirlər.

Bu gün, fevralın 12-də Mərkəzi Bank Azərbaycanda uçot dərəcəsini 15 faizdən 13 faizə düşürüb. Habelə, faiz dəhlizinin yuxarı həddi 18-dən 16-ya, aşağı həddi isə 10-dan 8-ə endirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG