Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 19:03

Olimpiya Oyunlarına kiberhücum olub


Olimpiya oyunlarının medalçıları

Pxençxan Qım Olimpiya oyunlarının təşkilatçıları cümə günü açılış mərasimi zamanı kiberhücum baş verdiyini təsdiqləyib. Bu barədə bazar günü açıqlama verən rəsmilər hücumun mənbəyi barədə bir söz deməyiblər.

“Reuters” agentliyi təşkilatçılara istinadla haker hücumunun əməliyyatlara ciddi təsir göstərmədiyini yazır.

Məqsədimiz əməliyyatların təhlükəsizliyini qorumaqdır”, – Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sözçüsü Mark Adams deyib.

Bu məsələni şərh etmək istəmirik. Bununla məşğuluq. Sistemlərimizin təhlükəsizliyini təmin edirik və onlar təhlkəsizdirlər”, – o söyləyib.

*** Buna da bax: BOK rəhbərinin Pxenyana gedəcəyi bildirilir

KOREYA, RUSİYA...

Qış Olimpiya oyunları Şimali Koreyanın cəmi 80 kilometrliyində keçirilir. Pxenyanın Cənubi Koreyayla 1950-1953-cü illər müharibəsi sülh sazişi deyil, atəşkəs bitib.

Ancaq iki ölkə komandaları oyunların açılış mərasiminə birgə daxil olub.

Dünən ‘fevralın 10-da’ səhər bütün məsələlər həllini tapıb və bərpa olunub”, – Pxençxan təşkilat komitəsinin sözçüsü Sung Baik-you jurnalistlərə deyib.

Problemin kökünü bilirik, bu cür məsələlər oyunlar zamanı tez-tez baş verir. BOK-la qərar verdik ki, hücumun mənbəyini açıqlamayaq”, – o vurğulayıb.

Dopinqə görə oyunlardan kənarlaşdırılmış Rusiya bu hücumlara hər hansı bağlılığa dair deyilənləri rədd edib.

*** Buna da bax: Seulda etirazçılar birgə Koreya bayrağını yandırdılar

Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, “Qərb mediasının Olimpiya Oyunlarının informasiya resurslarına haker hücumlarında Rusiyanın barmağı mövzusunda psevdo təhqiqatların planlaşdırıldığını” bilirlər, amma “əlbəttə ki, dünyaya heç bir sübut-dəlil təqdim olunmayacaq”.

Kibertəhlükəsizlik tədqiqatçıları yanvarda bildirmişdilər ki, Rusiyada mənzillənən hakerlərin bu ölkənin oyunlara buraxılmamasına cavab olaraq antidopinq və olimpiya təşkilatlatına hücumlar planlaşdırmasının erkən əlamətləri var.

Oyunların bəzi sponsorları özlərini kiberhücumlardan qorumaq üçün tədbir görmüşdülər.

Günün bütün mövzuları

XS
SM
MD
LG