Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 03:20

İraqa 88 milyard dollar lazımdır


İraq neftçisi

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla üç ilədək çəkən müharibədən sonra İraqın bərpasına 88,2 milyard dollar gərəkəcək. Bunu İraq rəsmiləri fevralın 12-də keçirilən beynəlxalq konfransda deyiblər.

İraqın bərpası İraqa ümidin bərpası deməkdir, İraqın sabitliyinin bərpası region və dünya ölkələrinin sabitliyi deməkdir”, – İranın planlaşdırma naziri Salman al-Jumaili üç gün ərzində Küveytə yığışmış donor və investorlara söyləyib.

ABŞ rəsmilərinin deməsinə görə, İraqa İŞİD-lə mübarizədə dəstək vermiş beynəlxalq koalisiyanın rəhbəri olan Birləşmiş Ştatlar konfransda hər hansı məbləğ boyun olmağı planlaşdırmır.

İraq dekabrda İŞİD-i məğlub etdiyini açıqlayıb, yaraqlıların 2014-2015-ci illərdə tutduğu ərazilərin, demək olar, hamısını geri alıb. Döyüşlər nəticəsində böyük ərazilər dağıdılıb, milyonlarla adam evindən didərgin düşüb.

2003-cü ildə ABŞ-ın işğalı nəticəsində diktator Saddam Hussein devriləndən İraqa milyardlarla dollar qoyulub. İllərlə davam edən yaraqlı üsyanı və məzhəb savaşı 2014-cü ildə İŞİD-in ortaya çıxmasıyla sonuclanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG