Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Qəzaya düşən təyyarədə Azərbaycan vətəndaşı olub


Qəza yerində axtarışlar

Rusiyanın qəzaya uğrayan «An-148» sərnişin təyyarəsində bir Azərbaycan vətəndaşı olub.

Azərbaycan Xarici Işlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, məsələ araşdırılıb:

«Təyyarə qəzasında həlak olduğu bildirilən 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Namiq İnayət oğlu Qəhrəmanov Azərbaycan vətəndaşıdır».

Xatırlatma

«Saratov Hava Yolları»na məxsus AN-148 təyyarəsi fevralın 11-də havaya qalxandan az sonra radardan itib. Moskvanın Domodedovo aeroportundan qalxan təyyarə Orska uçurmuş.

Təyyarənin qalıqları aeroportun 40 kilometrliyində, Ramenskoye rayonunda tapılıb. Qəzada 71 nəfərin həlak olub.

Uçuşları izləyən «Flightradar24» saytı Twitter-də yazıb ki, təyyarə havaya qalxandan 5 dəqiqə sonra dəqiqədə 1000 metr sürətlə düşüb.

Təyyarədəkilərin çoxu Orenburq vilayətindən olub. Onlardan üçü uşaq olub. Orenburq regional hökuməti fevralın 12-də vilayətdə matəm günü elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG