Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Koreyanın buzu “bu tezliklə əriyən deyil”


Jim Mattis

Şimali və Cənubi Koreyanın münasibətlərindəki yumlaşmanın Koreya yarımadasında əbədi yaxınlaşmaya aparacağını söyləmək üçün “çox tezdir”. Bunu ABŞ-ın müdafiə naziri Jim Mattis deyir.

Mattis fevralın 11-də Romaya səfərə gedərkən təyyarədə jurnalistlərə danışıb.

Qeyd edək ki, Pxenyan Cənubi Koreyada Qış Olimpiya oyunlarına atletlərini göndərib.

“Bütün bunların baş verdiyi bir məqamda Şimali Koreya lideri Kim Jong Un ballistik raketlərini nümayiş etdirdiyi hərbi parad keçirib”, – Mattis deyib.

Pxenyanın davamlı olaraq qadağan olunmuş nüvə silahlarını və ballistik raket proqramlarını sınaqdan keçirməsi yarımadada gərginlik yaradıb.

Amma son vaxtlar Şimali Koreya cənub qonşusuna bəzi jestlər edib.

Şimali Koreya lideri Kim cənublu həmkarı Moon Jae-in-i Pxenyana danışıqlara dəvət edib. Baş tutarsa, bu, on ildən çox bir müddətdə iki Koreya liderinin ilk görüşü olar.

Kim-in bacısı Kim Yo Jong isə Pxençxanda Olimpiya oyunlarının açılış mərasiminə qatılıb.

Mattis deyib ki, idman diplomatiyası ABŞ-la Cənubi Koreya arasında illərdir davam edən münasibətlərə zərbə vurmayacaq.

Bilirəm ki, adamlar Cənubi Koreyayla Birləşmiş Ştatlar arasında fırtına qopacağını gözləyirlər. Amma heç bir fırtına baş vermir”, – nazir vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG