Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:57

BMT Suriyada vəziyyəti daha da gərginləşdirməməyə çağırdı


Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterres Suriyada təcili deskalasiyaya çağırıb.

Baş katibin sözçüsü Stephane Dujarric fevralın 10-da bildirib ki, Guterres Suriyanın daxilində və onun sərhədləri boyu aparılan hərbi əməliyyatları diqqətlə izləyir.

O qeyd edib ki, İsrailin hava zərbələri və Türkiyənin Suriyaya hərbi müdaxiləsi də daxil olmaqla regiondakı bütün münaqişə tərəfləri beynəlxalq normalara əməl etməlidirlər.

Qeyd edək ki, Suriuyanın hava hücumlarından müdafiə qüvvələri fevralın 9-da İsrailin F-16 qırıcı təyyarəsini vurub.

Təyyarə İranın dəstəklədiyi qüvvələrin Suriyadakı mövqelərini vurduqdan sonra geri dönürmüş.

Xüsusilə son vaxtlar Suriyanın İdlib əyalətində vəziyyətin gərginləşdiyi bildirilir.

Üsyançılar fevralın əvvəllərində orda Rusiyanın SU-25 qırıcı təyyarəsini vurublar.

Rusiya bundan sonra hava zərbələrini intensivləşdirib.

Fevralın 14-də BMT təhlükəsizlik şurasının toplantısında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG