Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:34

Bayılda yenidən sürüşmə baş verib (Yenilənib-Fotolar)


Bayılda şürüşmə
Bayılda şürüşmə

Bayıl sakinləri narahatdır.

Bu gün, fevralın 10-u Bayıl yamacında baş verən sürüşmədə azı 4 evin zərər gördüyü, istifadəyə yarasız hala düşdüyü deyilir.

Bu haqda AzadlıqRadiosunun əməkdaşına sakinlər bildiriblər.

Onların deməsinə görə, sürüşmə saat 12-13:00 radələrində baş verib. Nəticədə Bayıl qəsəbəsindəki Əli Nəzmı küçəsindəki 4-dən çox ev yarasız hala düşüb.​

“Yanvarın 24-dən bu yana “Cənubdərə” deyilən ərazidə evlərin işığını, suyunu, qzını kəsiblər. Ancaq sakinlərin yerləşdirilməsi, onların təminatı ilə bağlı işlər tam görülməyib”, sakinlər AzadlıqRadiosunun əməkdaşına deyiblər.

Onlar bundan narazıdırlar.

“Nə köçürürlər, nə də kompensasiya verirlər. Dəfələrlə Prezident Administrasiyasına, başqa qurumlara üz tutmuşuq, qane edən addım atmırlar”.

Bayılda sürüşmə
Bayılda sürüşmə

Sakinlərin deməsinə görə, icra hakimiyyəti onlara təklif edir ki, 163 nömrəli məktəbə yığışsınlar. Bayıl tərəfdə kirayədə yaşayanların bir qismi müvəqqəti məktəbə yerləşib. Ancaq onların deməsinə görə, Bayıda daimi evi olan yerli sakinlər, məcburi köçkün ailələri bununlaa razılaşmır. Deyirlər ki, məktəbdə normal yaşayışdan ötrü gərəkli şərait yoxdur.

“Birdəfəlik qərar versinlər, kompensasiya, kirayə haqqı versinlər, köçürsünlər”, sakinlər deyir.

Bu gün, fevralın 10-da baş vermiş sürüşmədən sonra bəzi sakinlər arasında xof yaranıb. Daha çox sürüşmədən ehtiyatlananların ərazidən köç etməyə başladığı bildirilir.

Sakinlrəin sözlərinə görə, sürüşmədən sonra rəsmilər əraziyə gəlib. Rəsmilərin gərəkli addımların atılacağını bildirdiyi, ancaq hələ ki, real işlərin görülmədiyi söylənir.

Üstəlik, ərazini əlaqəli qurumlar tam nəzarətə götürüb. Yollar bağlanıb, hadisə yerinə media nümayəndələri buraxılmır. Yalnız yarasız hala düşən evlərin sahibləri əşyalarını görtürməkdən ötrü əraziyə buraxılır.

Bayılda sürüşmə
Bayılda sürüşmə

Səbail Rayon İcra Hakimiyyətindən isə jurnalistlərə bildirilib ki, köçürülən sakinlərə yaxın günlərdə kompensasiya veriləcək.Üstəlik, icra hakimiyyətindən vurğulayıblar ki, sığnacaqdakı insanlara gündə 3 dəfə isti yemək verilir.

--

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov APA-ya bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb.

O, hadisənin detallarını açıqlamayıb, ictimaiyyətin əlavə məlumatlandırılacağını ifadə edib.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov da bildirib ki, hazırda Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir.

R.Həsənovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri də hadisə yerindədir.

“Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”, nazirlik rəsmisi bildirib.

Bayıl yamacı ərazisində yaşayanlar isə bildirblər ki, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib. Həmin ərazidə bəzi işıq dirəklərinin aşdığı, ərazidə sürüşmə prosesinin davam etdiyi bildirilir.

Foto arxiv
Foto arxiv

Buna da baxBayılda müşahidələr martın sonuna kimi davam edəcək

Xatırlatma

Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.

«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı deyilir.

Ərazidən 100-dən çox ailə çıxarılaraq Səbail rayonundakı məktəblərə yerləşdirilib.

Buna qədər, sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.

2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.

Buna da bax: Bayıl yamacını yaponiyalı alim araşdırır

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG