Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:09

Opera müğənnisi dindirilib


Paata Burchuladze məhkəmədə

Gürcüstanın tanınmış opera müğənnisi, 2016-cı il parlament seçkisində hakim koalisiyayla mübarizə aparmış Paata Burchuladze dindirilib. O, rəhbərlik etdiyi xeyriyyə fonduna qarşı vəsaiti mənimsəmə və sui-istifadə iddialarıyla əlaqədar sorğu-sual edilib.

Burchuladze-in vəkili Soso Baratashvili fevralın 9-da jurnalistlərə deyib ki, müğənni bir neçə gün öncə Rusiyadan qayıdıb və müstəntiqlərin suallarını cavablandırmağa hazırdır.

Tbilisi Şəhər Məhkəməsində hakimin iştirakıyla dindirilən Burchuladze iddiaların ədalətsiz olduğunu bildirib və jurnalistlərə deyib ki, ədalətin qalib gələcəyinə inanır.

Bu gün tarixi gündür, çünki bu gün mərhəmət cəzalandırılır və müstəntiqlər bu qədər çox yaxşı iş görmüş adamı sorğu-sual edirlər”, – Burchuladze vurğulayıb.

62 yaşlı Burchuladze Avropa və Birləşmiş Ştatlarda aparıcı opera teatrlarında çıxış edib.

Onun 2016-cı ildə yaratdığı siyasi partiya Gürcü Arzusu koalisiyası ilə mübarizə aparıb. Amma parlamentə düşə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG