Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 12:01

Keçmiş qubernatora 13 illik həbs cəzası kəsilib


Aleksandr Khoroshavin

Rusiyada məhkəmə Saxalin vilayətinin keçmiş qubernatorunu korrupsiyada təqsirli bilərək 13 illik həbsə məhkum edib.

Fevralın 9-da çıxarılmış məhkəmə qərarında Aleksandr Khoroshavin üzərinə 500 milyon rubl (8,6 milyon dollar) cərimə ödəmək də qoyulub. Onun cəzasını çəkəndən sonra beş il müddətinə dövlət qulluğunda çalışması yasaqlanır.

58 yaşlı keçmiş qubernator bütün dövlət mükafatlarından məhrum edilib.

Məhkəmə Khoroshavin-i rüşvətxorluqda və çirkli pulyumada təqsirli bilib.

O, 2007-ci ildən Saxalinin qubernatoru olub, 2015-ci ildə saxlanıb. Saxalində Energostroi şirkətindən 5,6 milyon dollar rüşvət almaqda ittiham olunub.

Onunla birlikdə təqsirləndirilən keçmiş işçiləri Andrei Ikramov və Sergei Karepkin isə uyğun olaraq 9,5 və 8 illik həbsə məhkum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG