Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:00

ABŞ 11 uyğurun taleyindən narahatdır


Urumçidən foto
Urumçidən foto

Birləşmiş Ştatlar fevralın 9-da Malayziyanın 11 uyğur müsəlmanı Çinə deportasiya edə biləcəyindən narahatlığını bildirib.

“Reuters” xəbər agentliyi fevralın 8-də yazıb ki, Çindən olan 11 etnik uyğur ötən il Tailandda həbsdən qaçmış 20 nəfər arasındadır, Malayziyada saxlanıblar. Agentliyin yazdığına görə, Pekin onların deportasiyasından ötrü Malayziya ilə danışıqlar aparır.

Çin həmin 11 nəfəri Tailanda deyil, Malayziyaya təslim etməkdən ötrü “böyük təzyiq” göstərir, bəzi Qərb missiyaları isə uyğurların Çinə göndərilməməsinə çalışır. Bunu mənbələr “Reuters”ə deyiblər.

*** Buna da bax: Türkiyə mediaya uyğurlar barədə yazıları qadağan edəcək

Malayziyanın uyğurları Çinə deportasiya edə biləcəyi barədə medianın yazdıqlarından narahatıq”, – Dövlət Departamentinin sözçüsü “Reuters”ə elektron məktubda yazıb.

Çin hakimiyyətini bu ölkəyə qayıtmış istənilən fərdlə bağlı beynəlxalq hüquq normalarına əməl etməyə, şəffaflıq, gərəkən prosedurlara, bu fərdlərin təhlükəsizliyi və uyğun müalicəsini təmin etməyə çağırırıq”, – sözçü bildirib.

Human Rights Watch insan haqları təşkilatı Malayziyanı saxlanmış uyğurların Çinə zorla deportasiya olunmamasını təmin etməyə çağırır, çünki onlara “həbs və işgəncəylə bağlı etibarlı hədələr” mövcuddur.

Çin Sincan vilayətində insan haqları pozuntularında, uyğur məhkumlara işgəncə verməkdə, onların din və mədəniyyətini sərt nəzarətdə saxlamaqda suçlanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG