Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 20:46

Trump-la Modi telefonla danışıblar


Donald Trump (sağda) və Narendra Modi

Ağ ev bildirir ki, ABŞ prezidenti Donald Trump Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışıb. İki liderin Əfqanıstan müharibəsi və Birmadakı müsəlman rohinca qaçqınları daxil olmaqla bir sıra regional məsələləri müzakirə etdiyi bildirilir.

Ağ evin məlumatına görə, onlar Əfqanıstanın təhlükəsizliyinə sadiqliklərini bir daha dilə gətiriblər.

Vaşinqton bu yaxınlarda Hindistanın qonşusu və regional rəqibi Pakistana yardımı kəsdiyini bildirib. Səbəb İslamabadın Əfqanıstandakı yaraqlılara təhlükəsizlik sığınacaq verməsinə dair iddialardır.

Bu arada ABŞ administrasiyası Hindistanla hərbi və iqtisadi münasibətləri gücləndirməyə çalışır, Çinin Asiyada apardığı siyasəti balanslaşdırmaq istəyir.

Hindistan da son illər Əfqanıstana yardımı artırıb, Kabilə daha çox silah verəcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG