Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:16

İrana sınaq yük qatarı yola salınıb


Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı

Bu gün, fevralın 8-i Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiyadan gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükünün əsasən taxtadan ibarət olduğu bildirilir.

Bu haqda “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin məlumatında bildirilir.

ADY-nin yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonlar boşaldılıb.

Məlumatda bildirilir ki, mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Xatırlatma

Astara (İran)-Astara(Azərbaycan) dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edir. Onun təməli 2016-cı ilin aprelində qoyulmuşdu.

Bu, İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG