Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:03

Əfv Komissiyası növbəti dəfə yığışıb


Əliməmməd Nuriyev

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyası bu gün, fevralın 8-i 100-dən artıq məhbusun müraciətinə baxıb.

Bu haqda “Turan” agentliyinə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun bildirdiyinə görə, komissiyanın növbəti toplantısında əfvlə bağlı müraciətlərin bir qismi araşdırılıb.

Müraciətlərin bir çoxuna müsbət qiymət verildiyini ifadə edən Ə.Nuriyev ad çəkməyib.

“Hər bir məhbus barədə Qeyri-Hökumət Təşkilatları, vəkilləri, yaxınları müraciət edə bilər. Müraciətlərə baxılarkən heç kimə fərq qoyulmur, geniş müzakirə olunur, arayış hazırlanır, rəylər verilir”, – Ə.Nuriyev bildirib.

Buna da bax: Əfqan Muxtarlı: 'Söz tapa bilmirik bir-birimizə deməyə...'

Əfvdən ötrü edilən müraciətlərə baxılması başa çatdıqdan sonra uyğun sayılan siyahı ölkə başçısına təqdim ediləcək.

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. Komissiya daha sonra fevralın 2-də toplanmışdı.

Həmin vaxt açıqlanmışdı ki, komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciəti daxil olub.

Xatırlatma

Prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanması gözləntisi var.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 160 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG