Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 20:55

AB deputatları çeçen fəalı buraxmağa çağırırlar


Oyub Titiyev məhkəmədə

Avropa Parlamenti Rusiyanın Memorial insan haqları qrupunun Çeçenistanda saxlanmış direktoru Oyub Titiyev-in “dərhal buraxılması”na çağırır.

Deputatlar fevralın 8-də yekdilliklə qəbul etdikləri qətnamədə “Rusiya hakimiyyətini Titiyev-in bəşəri və qanuni hüquqlarına tam sayqını təmin etməyə” çağırıb.

Bu hüquqlara “vəkilə və tibbi xidmətə çıxış, fiziki bütövlük və ləyaqət, məhkəmə təqibindən, kriminallaşmadan, qanunsuz həbsdən qoruma” daxildir, qətnamədə belə deyilir.

Qətnaməni Strasburqda yerləşən parlamentdəki bütün əsas siyasi partiyalar dəstəkləyib.

Titiyev yanvarın 9-da Çeçenistanda saxlanıb, polis onun maşınından marixuana tapıldığını bildirir. Titiyev-sə narkotik maddənin onun avtomobilinə qoyulduğunu, özünə qarşı iddiaların qurama olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG