Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:23

Xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə yola düşüb.

Bu barədə bu gün, fevralın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, E.Məmmədyarov Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak edəcək.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Proqramına AB-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı ilin iyulunda Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Ötən ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Həmin ilin sonunda Avropa Birliyi ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb. Azərbaycanla da bu ilin sonuna qədər tərəfdaşlıq sazişinin imzalanacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG