Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Maldiv adalarında siyasi böhran dərinləşir


Maldiv adaları
Maldiv adaları

Maldiv adalarında fövqəladə vəziyyət elan olunaraq iki hakimin saxlanmasından sonra siyasi böhran daha da dərinləşib. Bu həftə mühacirətdə olan keçmiş prezident Hindistandan xahiş edib ki, ordunun köməyilə elçi göndərsin və Hind okeanındakı bu arxipelaqda siyasi məhbuslar azad olunsun.

400 min əhalisi olan Maldiv adaları əsasən dəbdəbəli tətil məkanı kimi tanınır.

MÜXALİFƏTÇİLƏRƏ İTTİHAMLAR LƏĞV EDİLİB

Prezident Abdulla Yameen fevralın 5-də fövqəladə vəziyyət elan edib. O, Ali Məhkəmənin doqquz aparıcı müxalifətçiyə ittihamları ləğv edən qərarına qarşı çıxıb. Məhkəmə həmin müxalifətçilərə terrorçuluq, korrupsiya ittihamlarının siyasi motivli olması qərarına gəlib.

Yameen 2013-cü ildə hakimiyyətə gəlib, o zaman müxalifət seçkinin saxtalaşdırıldığını iddia edirdi. Tənqidçilərin deməsinə görə, hökumət opponentlərini həbs edir, azad sözü məhdudlaşdırır, məhkəməyə təzyiq göstərir.

Yameen-in rəqibi Mohamed Nasheed 2009-cu ildə Maldivin ilk demokratik yolla seçilmiş prezidenti olub, 2012-ci ildə polis qiyamıyla devrilib. O, bir il sonra seçkidə uduzub və 2015-ci ildə 13 illik həbdə məhkum edilib. Tibbi müalicəyə görə həbsdən çıxıb xaricə getməsinə icazə verilən Nasheed 2016-cı ildə Britaniyada sığınacaq alıb.

Keçmiş prezident bu ilin sonuna planlaşdırılan prezident seçkisinə qatılmaq istəyir. Yameen 15 günlük fövqəladə vəziyyət elan edəndən sonra o, Hindistanı müdaxilə etməyə çağırıb.

*** Buna da bax: Ekspert: 'Ofşorlar haqda qərar qanuna ziddir'

QƏRBLƏ ƏLAQƏLƏR

Britaniyanın Liverpul Universitetinin məzunu olan Nasheed-in qərblə yaxşı əlaqələri var. “Reuters” agentliyi onun Yameen administrasiyasına təzyiq göstərə bildiyini yazır.

Həbsdə ikən tanınmış insan haqları vəkili Amal Clooney onu müdafiə edib, Yameen administrasiyasının yol verdiyi insan haqları pozuntularının aşkarlanmasına yardım göstərib.

Ali Məhkəmənin ittihamları ləğv etdiyi doqquz müxalifət liderindən biri də Nasheed-dir. Məhkəmə onların yenidən mühakimə olunmasına qərar çıxarıb.

Prezidentsə fövqəladə vəziyyət elan edərək məhkəmənin qərarının icraedici qurumun səlahiyyətini pozmasına, milli təhlükəsizliyi hədələməsinə dair bəyanat yayıb. Onun sözlərinə görə, məhkəmənin qərarı icra olunarsa, konstitusiyaya həqiqətən zərbə olar.

Ordunun da Yameen-i dəstəklədiyi görünür. Üstəlik, onun tərəfdarları bir müstəqil televiziya stansiyasını qapadıblar.

Birləşmiş Ştatlar və Hindistan Yameen-i məhkəmə qərarına sayqı göstərməyə çağırsa da, o, böhranın dialoq yoluyla həllinə dair çağırışları gözardı edir.

XS
SM
MD
LG