Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:37

ABŞ Suriydakı hücumun özünümüdafiə üçün olduğunu deyir


Suriyadakı ABŞ qüvvələri (Foto arxivdəndir)
Suriyadakı ABŞ qüvvələri (Foto arxivdəndir)

Pentaqon bəyan edib ki, şərqi Suriyada hökumətyönlü döyüşçülər üzərinə hava və qurudan hücumun ABŞ-a müttəfiq silahlıların üstünə edilmiş həmləyə cavab olduğu barədə Rusiya tərəfinə bildiriş verilib.

ABŞ Müdafiə Nazirlyinin sözçüsü Dana White fevralın 8-də bu hücum zamanı öldürülənlərin arasında Rusiya əsgər və ya muzdlularının olub-olmadığı barədə suala cavab verməkdən imtina edib.

Sözçü deyib: "Bizim qüvvələrimizin özünümüdafiəyə tam haqqı var. Biz Suriya rejimi ilə münaqişə axtarmırıq”.

ABŞ tərəfi bunu da bildirir ki, Birləşmiş Ştatların himayə etdiyi Suriya Demokratik Qüvvələrinə fevralın 7-də edilmiş hücum zamanı koalisiya müşavirləri də orada olublar.

Koalisiyanın bu barədə bəyanatında deyilir ki, koalisya qüvvələri və müttəfiqlər onlara edilən hücumu dəf etmək məqsədi ilə hava zərbələri endiriblər.

White deyib ki, rejimə sadiq qüvvələr bazanı 500 metrlik məsafədən 20-30 tank mərmisi ilə atəşə tutmuşdular.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ koalisiyası Suriyada hava və quru hücumlarında 100-dən çox rejimpərəst yaraqlını məhv edib. Bunu fevralın 7-də adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib.

Hücuma keçən qüvvələr təxminən 500 nəfər idi, artilleriya, tanklar, raket sistemləri və minaatanlarla silahlanmışdılar”, – rəsmi söyləyib.

***

Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri bildirir ki, koalisiyayla müttəfiq Suriya Demokratik Qüvvələrinin (SDF) qərargahına “səbəbsiz hücum” törətmiş “rejimpərəst qüvvələrə” altı hava zərbəsi endirib.

Fevralın 7-də yayılmış bəyanatda deyilir ki, SDF Fərat çayından 8 kilometr şərqdə hücuma məruz qalarkən koalisiya müşavirləri onlarla birlikdə olub. Hadisə Deir al-Zor vilayətində baş verib.

ABŞ mediası adıçəkilməyən rəsmilərə istinadla yazır ki, hücumda Amerika hərbçilərindən xəsarət alan olmayıb.

Bir ABŞ rəsmisinin CNN-ə bildirməsinə görə, artilleriya və digər silahlarla silahlanmış hücumçular Fərat çayını keçiblər, koalisiya da müdafiə məqsədiylə onlara zərbə endirib.

Suriya hökumət qüvvələri çayın digər tərəfində, Deir al-Zor şəhərində fəaldırlar. Rejimə yaxın qüvvələrdən ölən, yaxud xəsarət alanlar barədə məlumat yoxdur.

SDF ərəb və kürd yaraqlıların alyansıdır, ABŞ-ın dəstəyilə prezident Bashar al-Assad hökumətinə qarşı savaşırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG