Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:41

Radiozavodda partlayış-yanğın baş verib [yenilənir]


Radiozavodda partlayış-yanğın. 06fev2018
Radiozavodda partlayış-yanğın. 06fev2018

Bu gün, fevralın 6-də Bakıda "Radioquraşdırma" İstehsalat Birliyində (Radiozavod) partlayış baş verib.

Zavod Müdafiə Sənayesi Nazirliyinə tabeliyindədir.

Şahidlərin bildirməsinə görə, partlayış yanğınla müşahidə olunub.

Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Əraziyə jurnalistlərin yaxınlaşmasına imkan verilmir. Əhmədli sakinlərinin bildirməsinə görə, partlayışı bir neçə dəfə eşidiblər.

Yanğın genişlənməsinin qarşısının alındığı bildirilir. Hadisə nəticəsində ölən və yaralananlar olması barədə, hələ ki, məlumat verilmir.

* * *

FHN: “Yanğın söndürülüb”

Fövqəladə Hallar Nazirliyi (FHN) "Radioquraşdırma” zavodunda partlayışla nəticələnən yanğınla bağlı məlumat yayıb.

Nazirlik bildirir ki, hadisə ilə bağlı saat 19:17 radələrində məlumat alıblar:

“İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək”, – məlumatda vurğulanır.

Hadisə yerinə jurnalistlər buraxılmır
Hadisə yerinə jurnalistlər buraxılmır

Xatırlatma

"Radiozavod" 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb.

Zаvоdun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbuledicilər olub.

2006-cı ildən zаvоd Azərbaycan Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyində fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG