İranın keçmiş prezidenti Mahmud Ahmadinejad tərəfdarlarından bir neçəsinin həbsindən sonra yenidən ölkənin qüdrətli ədliyyə sistemini kəskin tənqid edib.
İran İslam İnqilabının ildönümünə həsr edilmiş məktubunda Ahmadinejad yazır ki, “ədliyyə İran xalqına edilən zülmün bel sütunudur”.
Bu məktubdan az əvvəl keçmiş prezidentin bir neçə tərəfdarının həbsi barədə xəbərlər yayılmışdı.
Ahmadinejad-ın tərəfdarları həbs olunub
İranın keçmiş prezidenti Mahmud Ahmadinejad bir neçə tərəfdarının həbsinə görə ölkənin nüfuzlu ədliyyə sistemini yenidən tənqid edib.
1979-cu il İslam İnqilabının ildönümü münasibətiylə məktubunda Ahmadinejad deyir ki, məhkəmə İran xalqına qarşı “zülmün əsas sütunu”na çevrilib.
Bu məktubdan öncə media Ahmadinejad-ı dəstəkləyən səkkiz media fəalının saxlandığını xəbərləyib.
Onların həbsinin səbəbi dərhal bəlli olmayıb. Bəzilərinin girovluğa buraxılması barədə xəbərlər gəlir.
“Tehranda kimsə müxtəlif vilayətlərdən media fəallarının həbsinə göstəriş verir”, – Ahmadinejad yazıb. O, fəallardan bəzilərinin təkadamlıq kamerada saxlandığını iddia edib.
2005-2013-cü illərdə prezident olmuş Ahmadinejad ali dini lider Ayatollah Ali Khamenei və onun nüfuzlu müttəfiqlərinə meydan oxuduğu üçün getdikcə təcrid olunub.
O, 2017-ci ildə məhkəmə sistemini “diktatura” adlandırıb, onun Khamenei-dən daha güclü olduğunu bildirib.